• $
  • €
  • ₽
  • ₺
  • £

Ayxan Hacızadə Paşinyanın ATƏT PA-nın sessiyasında çıxışına münasibət bildirib

Ayxan Hacızadə Paşinyanın ATƏT PA-nın sessiyasında çıxışına münasibət bildirib
18.11.2023 20:03
Ermənistan rəsmilərinin Azərbaycanla sülh prosesində əməli addımlar əvəzinə əsassız və ziddiyyətli bəyanatlara üstünlük verməsi ənənəvi hal alıb. Bu dəfə də Ermənistan baş naziri öz ziddiyyətli fikirləri ilə yadda qalıb. Ermənistan tərəfi iki aydan artıq müddətdə yubatdığı "sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinə şərhləri təqdim etmək və müqavilə üzrə danışıqlara başlamaq əvəzinə Azərbaycana qarşı iddialar səsləndirməsi qəbuledilməzdir.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının sessiyası zamanı çıxışı ilə bağlı deyib.

Ayxan Hacızadə deyib ki, Ermənistan baş nazirinin baza prinsiplər və sərhədlərin demarkasiyası üzrə iki ölkə arasında anlaşma olduğunu, Ermənistan və Azərbaycanın ərazi iddialarının olmadığını bildirməklə yanaşı, ölkəmizin Ermənistana qarşı müharibəyə hazırlaşdığını bəyan etməsi Ermənistan rəsmilərinin bəyanatlarında nə dərəcədə ziddiyyətli yanaşma tətbiq etdiklərinin göstəricisidir:
"Son üç il ərzində Azərbaycan tərəfindən 5 baza prinsipləri, sərhədlərin demarkasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürülmüş təşəbbüslərə baxmayaraq, Ermənistan tərəfi bu prosesə maneçilik törədib. Azərbaycan tərəfindən indiyə qədər 100-ə yaxın erməni əsirin geri qaytarılmasına baxmayaraq, Ermənistan tərəfinin bunun müqabilində sərhəddi səhvən keçərən əsir götürülmüş şəxslərin geri qaytarılması barədə etimad quruculuğu səylərini pozması, 2 nəfər Azərbaycan hərbçisini əsir götürməsi, Ermənistan tərəfinin saxlanılan şəxslərin geri qaytarılması məsələsinə ciddi yanaşmadığını göstərir.

Ermənistanın baş nazirinin "Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyinin və bu istiqamətdə apardıqları təbliğatın Ermənistana qarşı "təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır.

Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq.
Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol