• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza müraciət etdi

Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza müraciət etdi
21.12.2023 18:18
Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırırıq ki, 7 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək.

Bu barədə səfirliyin "X" sosial media hesabında bildirilib.

"18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının səsvermə hüququndan istifadə etməsi üçün seçici siyahısına daxil edilməsi məqsədilə aşağıdakı məlumatların Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin [email protected] elektron poçt ünvanına 29 dekabr 2023-cü il tarixinə qədər təqdim edilməsi xahiş olunur:

1.Soyad, ad, ata adı;

2. Doğum tarixi;

3.Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan;

4. ⁠Əlaqə məlumatları (telefon, e-mail)", - deyə məlumatda qeyd edilib.

Dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb.
 
Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol