• $
  • €
  • ₽
  • ₺
  • £

Avropalı müşahidəçilər “Sivil Toplum” Monitorinq Koalisiyası ilə görüşüb

Avropalı müşahidəçilər  “Sivil Toplum” Monitorinq Koalisiyası ilə görüşüb
09.01.2024 22:13
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB ) müşahidəçiləri  "Sivil Toplum” Monitorinq Koalisiyası ilə görüşüb. Bu barədə Monitorinq Koalisiyasının yaydığı məlumatda bildirilib.

Avropalı müçahidəçilər yerli QHT rəhbərləri ilə fevralın 7-də keçiriləcək prezident seçkiləri öncəsi durum, Seçki qanunvericiliyi, seçki prosesinin müşahidəsi və başqa bu qəbildən olan məsələlər ətrafında fikir mübadiləsi aparəb. 

 "Sivil Toplum” Monitorinq Koalisiyasına "Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyi, "Demokratik Seçki Mərkəzi” İctimai Birliyi və "Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi daxildir. 

Görüşdə həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub, mövzu ilə bağlı suallar cavablandırılıb.  

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.  Seçkilərdə prezident kürsüsü uğrunda 7 namizəd mübarizə aparacaq. Bunlar hakm yeni Azərbaycan partiyasından namizəd və seçkii favoriti hesab edilən hazırki Prezident İlham Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev , namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyev, Milli Cəbhə Partiyasından Razi Nurullayev və müstəqil namizəd Zahid Orucdur. 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçi missiyasına Eoqan Merfi rəhbərlik edir. Yanvarın 5-dən ATƏT üzvü olan ölkələri təmsil edən 26 üzünmüddətli müşahidəçi Bakıya gəlib. Missiya seçkilərin nə dərəcədə beynəlxalq standart və öhdəliklərə, o cümlədən yerli qanunvericiliyə uyğun aparılması ilə bağlı müşahidə aparacaq.  

Seçki günü isə ATƏT DTİHB-nin dəvəti ilə daha 280 qısamüddətli  müşahidəçi Bakıya gələcək və seçki günü seçki məntəqələrində müşahidə aparacaqlar.

İndiyə qədər qurum  Azərbaycanda 12 seçkinin gedişini müşahidə edib.
 
Sonuncu dəfə ATƏT DTİHB 2020-ci ildə növbədənkənar parlament seçkilərində müşahidə aparıb. 

N.Təbrizli






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol