• $
  • €
  • ₽
  • ₺
  • £

COP29-un Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM

COP29-un Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM
13.01.2024 13:10

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Təşkilat Komitəsinin üzvləri:
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Vüqar Əhmədov – "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru
Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Balababa Rzayev – "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Samir Rzayev – "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.
Təşkilat Komitəsi:
- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirməli;
- əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir.
Nazirlər Kabinetinə Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etmək və digər zəruri məsələlərin həlli üçün tədbirlər görmək tapşırılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol