• $
  • €
  • ₽
  • ₺
  • £

4 Ermənistan hərbçisi ölüb, 1-i yaralanıb - Ermənistan MN - RƏSMİ/YENİLƏNİB

4 Ermənistan hərbçisi ölüb, 1-i yaralanıb - Ermənistan MN - RƏSMİ/YENİLƏNİB
13.02.2024 14:31
( Dövlət Sərhəd Xidmətinin mövqeyi əlavə edilib, Ermənistan Müdafiə Nazirliyinin açıqlaması əlavə edilib)
 
Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin 4 əsgərinin öldüyünü, 1-nin isə yaralandığını açıqlayıb.
 

Ermənistanın 2 hərbçisi həlak olub , yaralananlar var. Bu barədə Sputnik Armeniya Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir. 

"Azərbaycan tərəfin səhər 5.30 radələrinfə Nerkin And rayonu ərazisinfə yerləşən erməni mövqelərinə açdığı atəş nəticəsində iki erməni əsgəri ölüb, yaralılar var”,- Ermənistsn MN bildirib.
  
Fevralın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX)  bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən  Azərbaycan mövqelərinə açdığı atəşə cavab olaraq "qisas əməliyyatı” keçirilib.  Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

"Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.  Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir", - Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib. 
 
DSX həmçinin qeyd edib ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 
Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı  şərh verməyib.
 
Fevralın 12-də  saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.
 
Nəticədə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Xəlilzadə yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. 
 
2023-cü ilin payızında keçirilən antiterror əməliyyatından sonra bu Qsrabağ regionunda tərəflər arasında yaşanan ilk gərginlikdir.
 
N.Təbrizli 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol