• $
  • €
  • ₽
  • ₺
  • £

Müsavat Partiyası parlamentə yeni seçkilər keçirməyi tələb edir

Müsavat Partiyası parlamentə  yeni seçkilər keçirməyi tələb edir
02.09.2024 17:41
Müsavat Partiyası azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsini əks etdirməyən seçkilər nəticəsində formalaşan Milli Məclisi legitim qanunverici orqan hesab etmir.  Müsavat Partiyası seçkilərin nəicələrinin ləğv edilməsini, ölkədə hüquqi dövlət, demokratik cəmiyyətin qurulmasını təmin edəcək islahatların, o cümlədən seçki islahatlarının aparılmasını,  Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edir.Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı növbədənkənar seçkilərin nəticələri barədə ilkin rəyini açıqlayıb. Bu barədə partiyanın seçkilərin nəticələri ilə bağlı yayımladığı bəyanatında bildirilib. 

"1 sentyabr 2024-cü il tarixli növbədənkənar parlament seçkiləri azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik mühitin olmadığı, demokratik qanunvericilik bazasının, bərabərhüquqlu siyasi rəqabət imkanlarının təmin edilmədiyi şəraitdə keçirilib. Seçki ərəfəsində ölkədə sərbəst toplaşma hüququ, söz və ifadə azadlığı təmin edilməyib, Müxalifətdə olan siyasi partiyalara, müstəqil ictimai təşkilatlara, jurnalistlərə, hakimiyyətin siyasətini tənqid edən sosial media istifadəçilərinə qarşı təzyiq və təqiblər davam edib", -  sənəddə bildirilib. 

Müsavat Partiyası nümayəndələrinin və müstəqil müşahidəçilərin məlumatına görə, seçkilərdə seçici fəallığı çox aşağı olub. Bəzi məntəqələrə saatlarla heç bir seçici gəlməyib. 

"Səsvermə kütləvi pozuntularla, eyni şəxslərin və eyni qrup adamların çoxsaylı səslərilə, bülletenlərin atılması və müşahidəçilərə təzyiqlə müşayiət olunub.
Bu pozuntular aktlaşdırılıb, internetdə bu faktların video görüntüləri yayılıb. Müsavat Partiyasının namizədləri olan seçki dairələrinin əksər məntəqələrində məntəqə seçki komissiyaları səsvermə başa çatdıqdan sonra səslərin sayılmasından, protokolların tərtib olunmasından imtina ediblər", - bəyanatda bildirilib. 
 
Müsavat  Partiyası bildirir ki, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər "azad və ədalətli olmayıb".
 
N.Təbrizli


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol