• $
  • €
  • ₽
  • ₺
  • £

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub
27.02.2025 20:25

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qvineya-Bisau Prezidenti “ASAN xidmət”i çox əhəmiyyətli layihə kimi qiymətləndirib. O, ölkəsində belə bir konsepsiyanın mövcud olmadığını və səfərdən dərhal sonra eyni layihənin ölkəsində də tətbiqi ilə bağlı addımların atılacağını diqqətə çatdırıb.

Sonra Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qvineya-Bisau Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandum “ASAN xidmət” təcrübəsinin Qvineya-Bisauda tətbiqini, eləcə də Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin qarşı tərəflə paylaşılmasını nəzərdə tutur.

Görüş çərçivəsində nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Siyasət 18:30
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Siyasət 17:43
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Siyasət 10:39
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Prezident onları təltif edib - sərəncam
Siyasət 10:37
Prezident onları təltif edib - sərəncam
Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir
Siyasət 10:18
Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 10:08
Ərdoğan İlham Əliyevə zəng edib
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq
Siyasət 18:04
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq
Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım
Siyasət 10:57
Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkını ziyarət ediblər
Siyasət 10:22
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkını ziyarət ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol