• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Quliyev: Azərbaycan şəhərsalma sahəsində Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı genişləndirməyə hazırdır

Anar Quliyev: Azərbaycan şəhərsalma sahəsində Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı genişləndirməyə hazırdır
19.05.2026 17:32

Azərbaycan şəhərsalma, məkan planlaşdırılması və dayanıqlı şəhər inkişafı sahəsində Türk Dövlətləri Təşkilatı ölkələri ilə praktik əməkdaşlığı genişləndirməyə hazırdır.
Bunu Ümumdünya Şəhərsalma Forumu çərçivəsində çıxış edən WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

“Bakıda, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin yerləşdiyi şəhərdə toplaşmağımız təsadüfi deyil. Şəhərsalma bizim üçün yeni anlayış deyil, kimliyimizin bir hissəsidir”, - Quliyev qeyd edib.

Komitə sədri bildirib ki, region sürətli urbanizasiya mərhələsindən keçir.

Son on ildə Mərkəzi və Qərbi Asiyada şəhər əhalisi təxminən 35-45% artıb. Bu isə təhlükəsiz, əlçatan və dayanıqlı mənzil təminatı, iqlim dəyişikliyi və miqrasiya kimi çağırışlara qarşı birgə yanaşma tələb edir.

Quliyev xatırladıb ki, ötən ilin oktyabrında qəbul edilmiş Kabul Bəyannaməsində Türk dövlətlərinin liderləri şəhərsalma, məkan inkişafı və dayanıqlı şəhər artımı sahəsində əməkdaşlığın gücləndirilməsini prioritet kimi müəyyən ediblər.
Onun sözlərinə görə, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə bu mandatın irəli aparılması xüsusi məsuliyyət daşıyır.

“Biz bunun üçün Ümumdünya Şəhərsalma Forumundan daha uyğun platforma təsəvvür edə bilmərik”, - Quliyev bildirib.

O vurğulayıb ki, bu gün Azərbaycanın 79 şəhərinin 65%-i mütəmadi yenilənən 20 illik baş planlarla idarə olunur, daha 10 şəhərin planı təsdiq mərhələsindədir.

"Həmçinin 2 230 yaşayış məntəqəsi üzrə detallı planlaşdırma işləri tamamlanıb”, - o bildirib

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol