• $
  • €
  • ₽
  • ₺
  • £

Donald Tramp İlham Əliyevə təbrik göndərib

Donald Tramp İlham Əliyevə təbrik göndərib
26.05.2026 18:30

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda Vaşinqton və Bakı arasında strateji tərəfdaşlığın inkişafından, həmçinin Azərbaycan-Ermənistan sülh prosesindən bəhs olunub.

Tramp bildirib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən sülh sammitindən sonra tərəflər münasibətlərin canlandırılması istiqamətində birgə fəaliyyət göstərib. O qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2026-cı il fevralın 10-da Bakıda Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb.

ABŞ Prezidenti regional bağlantılar, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirildiyini vurğulayıb.

Məktubda ABŞ-nin Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhü dəstəkləməyə davam etdiyi qeyd olunub. Tramp Azərbaycanın ötən ilin avqustunda paraflanmış sülh sazişinin irəlilədilməsi, sərhədlərin delimitasiyası, 2026-cı ilin yanvarında dörd erməni məhbusun azad edilməsi, Ermənistana yanacaq tədarükü və “Sülh Körpüsü” təşəbbüsü ilə bağlı addımlarını müsbət qiymətləndirib.

ABŞ Prezidenti tərəflər arasında strateji tərəfdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib və Azərbaycan xalqına xoş arzularını çatdırıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol