• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
01.06.2026 22:03

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan–ABŞ münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, investisiya və ticarət sahələrində əməkdaşlıq müzakirə olunub.

Tərəflər Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin ilk iclası keçiriləcək Azərbaycan–ABŞ İqtisadi Dialoqunun ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayacağı qeyd edilib.

Görüşdə enerji sahəsində uzunmüddətli əməkdaşlıq və Azərbaycanın regional enerji təhlükəsizliyinə töhfəsi diqqətə çatdırılıb. Eyni zamanda bərpa olunan enerji, yaşıl keçid, innovasiyalar və yüksək texnologiyalar üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Tərəflər Orta Dəhliz və regional nəqliyyat-logistika layihələrinin inkişafı, eləcə də Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması məsələlərini müzakirə ediblər.

Ötən ilin avqustunda Vaşinqton sammitindən sonra əldə edilən razılaşmalar və kommunikasiya xətlərinin açılması perspektivləri də görüşdə gündəmdə olub

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol