• $
  • €
  • ₽
  • ₺
  • £

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərədə keçirilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərədə keçirilib
17.06.2026 15:37

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.

İclasda çıxış edən Samir Nuriyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin hərtərəfli inkişafının əsasını təşkil etdiyini bildirib.

O vurğulayıb ki, son dövrlərdə müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı üzrə qəbul edilən strateji sənədlər, dövlət proqramları və həyata keçirilən islahatlar ölkənin sosial-iqtisadi inkişafının vahid yanaşma əsasında təmin olunduğunu bir daha təsdiqləyir.

Qərargah rəhbəri vurğulayıb ki, Böyük Qayıdış prosesi milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi, sosial və institusional sisteminə tam inteqrasiyasını nəzərdə tutur. Ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində zəruri infrastruktur qurulub. Hazırda əsas prioritet yaradılmış infrastruktur bazası üzərində dayanıqlı iqtisadi inkişafın təmin olunması, məskunlaşmanın iqtisadi və sosial dayaqlarının gücləndirilməsidir.

Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası yekunlaşmaq üzrədir və hazırda Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması istiqamətində intensiv iş aparılır.

Samir Nuriyev işğaldan azad edilmiş ərazilərin aqrar potensialının Böyük Qayıdış prosesinin iqtisadi dayanıqlılığının təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, torpaq və su ehtiyatlarından səmərəli istifadə, aqrar istehsalın genişləndirilməsi, istehsal və emal imkanlarının yaradılması, eləcə də kənd təsərrüfatı sahəsində dayanıqlı məşğulluğun təmin olunması qarşıdakı dövrün əsas vəzifələrindəndir. Bu baxımdan "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan tədbirlərin Böyük Qayıdış üzrə həyata keçirilən fəaliyyətlərlə əlaqələndirilməsi vacibdir.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma əhalinin məşğulluğunun təmin edilməsindən, iş yerlərinin yaradılmasından və iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsindən asılıdır. Bu baxımdan kənd təsərrüfatı da daxil olmaqla, müxtəlif sahələrdə məşğulluq imkanlarının artırılması, peşə bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və iqtisadi fəallığın yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

İclasda, həmçinin ekoloji dayanıqlılığın təmin edilməsi və su ehtiyatlarının idarə olunması məsələlərinə toxunulub. Bildirilib ki, təbii ehtiyatlardan səmərəli istifadə, ekosistemlərin bərpası və torpaq ehtiyatlarının qorunması uzunmüddətli inkişafın mühüm şərtlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin bərpası ilə yanaşı, su ehtiyatlarının müasir səviyyədə və qənaətli idarə olunması, müxtəlif sahələrin suya olan tələbatının balanslı şəkildə ödənilməsi və ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi qarşıda duran əsas vəzifələr sırasındadır.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və aqrar istehsalın təşkili, əhalinin məşğulluğunun təmin edilməsi, ekoloji dayanıqlılığın gücləndirilməsi və su ehtiyatlarının idarə olunması istiqamətində görülən işlər barədə məruzələr dinlənilib.

İclasın yekununda Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji hədəflərə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi sosial-iqtisadi inkişaf prosesinə inteqrasiyasının sürətləndirilməsinin, Böyük Qayıdış prosesinin dayanıqlılığının təmin olunmasının və əhalinin rifahının yüksəldilməsi istiqamətində fəaliyyətin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Siyasət 00:02
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
Siyasət 13:48
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
Azərbaycan infrastruktur investisiyalarını beynəlxalq layihələrə yönəldəcək
Siyasət 10:23
Azərbaycan infrastruktur investisiyalarını beynəlxalq layihələrə yönəldəcək
Azərbaycan data mərkəzləri üzrə aparıcı şirkətlərlə fəal danışıqlar aparır - Əliyev
Siyasət 09:40
Azərbaycan data mərkəzləri üzrə aparıcı şirkətlərlə fəal danışıqlar aparır - Əliyev
Azərbaycan tranzit yükdaşımalarını ən azı 56% artırmağı planlaşdırır
Siyasət 09:21
Azərbaycan tranzit yükdaşımalarını ən azı 56% artırmağı planlaşdırır
Azərbaycan data mərkəzləri üçün yeni elektrik ötürmə xətləri quracaq - Prezident
Siyasət 09:10
Azərbaycan data mərkəzləri üçün yeni elektrik ötürmə xətləri quracaq - Prezident
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Siyasət 09:04
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
Siyasət 08:40
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
Ceyhun Bayramov BMT baş katibi ilə regional və qlobal məsələləri müzakirə edib
Siyasət 08:33
Ceyhun Bayramov BMT baş katibi ilə regional və qlobal məsələləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol