• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir - Hikmət Hacıyev

Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir - Hikmət Hacıyev
15.07.2026 19:25

Azərbaycan və Pakistan arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.Bunu  Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Pakistan TV"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu potensialın reallaşdırılması üçün işgüzar dairələr arasında təmaslar genişləndirilməli, investisiya imkanları barədə məlumatlılıq artırılmalı və özəl sektorlar arasında əməkdaşlıq gücləndirilməlidir.

Hacıyev Azərbaycan və Pakistan münasibətlərini qarşılıqlı etimada və davamlı dəstəyə əsaslanan strateji tərəfdaşlıq kimi xarakterizə edib. O bildirib ki, iki ölkə rəhbərləri arasında mövcud olan qarşılıqlı anlaşma ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafına töhfə verir.

"Azərbaycan və Pakistan arasında siyasi və geostrateji münasibətlər yüksək səviyyədədir", – Prezidentin köməkçisi qeyd edib.

Hacıyev birbaşa aviareyslərin sayının artmasının qarşılıqlı turizm səfərlərinə müsbət təsir göstərdiyini, mədəni əlaqələrin və xalqlar arasında təmasların daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Media sahəsində əməkdaşlığa toxunan Prezidentin köməkçisi Pakistan jurnalistlərinin Şuşa Qlobal Media Forumunda ilk tədbirdən etibarən fəal iştirak etdiklərini bildirib. Onun sözlərinə görə, forum Şuşanın beynəlxalq intellektual və mədəni dialoq məkanı kimi rolunun bərpası, eləcə də dezinformasiya, süni intellekt və strateji kommunikasiyalar kimi aktual media mövzularının müzakirəsi məqsədilə yaradılıb.

Hikmət Hacıyev Pakistan və Azərbaycan mediası arasında əməkdaşlığın genişlənməsini müsbət qiymətləndirərək bildirib ki, jurnalist mübadiləsinin intensivləşməsi iki qardaş xalq arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edəcək.

Prezidentin köməkçisi, həmçinin Yaxın Şərqdə son gərginlik zamanı Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirib. Onun sözlərinə görə, İslamabad gərginliyin azaldılması və dialoqun təşviqi istiqamətində məsuliyyətli mövqe nümayiş etdirərək regional sülhün qorunmasına töhfə verib.

H.Hacıyev bildirib ki, Pakistanın konstruktiv fəaliyyəti ölkənin qlobal proseslərdə artan geostrateji rolunu və regional, eləcə də beynəlxalq sabitliyə sadiqliyini nümayiş etdirir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol