• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev Azərbaycan-Ermənistan arasındakı sülh münasibətlərindən danışıb - MÜSAHİBƏ

Hikmət Hacıyev Azərbaycan-Ermənistan arasındakı sülh münasibətlərindən danışıb - MÜSAHİBƏ
16.07.2026 12:42

Azərbaycan və Ermənistan arasında faktiki olaraq "real sülh" şəraiti formalaşıb və iki ölkə arasında ticarət əlaqələri bərpa olunur. Bununla belə, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılması zəruridir. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Reuters agentliyinə müsahibəsində bildirib.

 

"Biz real sülh şəraitində yaşayırıq. Azərbaycan və Ermənistan üçün sülh sadəcə kağız üzərində yazılmış sənəd və ya bəyannamə deyil, bu artıq reallıqdır", - Hacıyev deyib.

 

Onun sözlərinə görə, bu vəziyyətin göstəricilərindən biri iki ölkə arasında birbaşa təmasların və ticarət əlaqələrinin artması, o cümlədən Azərbaycanın neft məhsullarının Ermənistana tədarükünün genişlənməsidir.

 

Hacıyev vurğulayıb ki, Bakı Ermənistan Konstitusiyası ilə bağlı mövqeyini dəyişməyib.

 

"Konstitusiya dəyişikliklərinin hansı formada həyata keçiriləcəyi Ermənistanın daxili işidir. Azərbaycan üçün əsas məsələ ölkəmizə qarşı ərazi iddiaları kimi qiymətləndirdiyimiz müddəaların rəsmi şəkildə aradan qaldırılmasıdır", - o bildirib.

 

Prezidentin köməkçisi əlavə edib ki, "bu məsələ həll olunduqdan sonra yekun sülh sazişinin imzalanmasına heç bir maneə qalmayacağına inanırıq".

 

Reuters yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın hazırlanması və referendum keçirilməsi niyyətini açıqlasa da, hakim partiyanın parlamentdə bunu həyata keçirmək üçün tələb olunan konstitusion çoxluğu yoxdur.

 

Müsahibədə regional nəqliyyat layihələri də müzakirə olunub. Hacıyev bildirib ki, Azərbaycan ABŞ-dan Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə tikintinin bu payız başlaya biləcəyinə dair "ciddi və müsbət siqnallar" alıb.

 

"Mövqeyimiz ondan ibarətdir ki, bu layihə mümkün qədər tez həyata keçirilməlidir", - Hacıyev deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın Zəngilan rayonuna qədər uzanan nəqliyyat infrastrukturunun əsas hissəsinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Daha sonra bu xətlər Ermənistan və Türkiyədə inşa olunacaq nəqliyyat infrastrukturu ilə birləşdirilə bilər.

 

Reuters qeyd edir ki, Ermənistan ərazisindən keçəcək 43 kilometrlik dəhliz Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa nəqliyyat əlaqəsini təmin etməyi hədəfləyir və ABŞ-ın enerji və ticarət marşrutlarını Rusiyadan kənara diversifikasiya etmək siyasətinə uyğun qiymətləndirilir.

 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Siyasət 21:00
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 19:51
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 18:54
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol