• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Şuşa Qlobal Media Forumu Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması üçün mühüm platformaya çevrilib

Deputat: Şuşa Qlobal Media Forumu Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması üçün mühüm platformaya çevrilib
15.07.2026 16:02

IV Şuşa Qlobal Media Forumu Azərbaycanın mövqeyinin və regionda yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm platformaya çevrilib. Bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.


Deputatın sözlərinə görə, forum çərçivəsində Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinin suallarını cavablandırması Azərbaycanın xarici siyasəti, regional əməkdaşlıq, enerji təhlükəsizliyi və qlobal geosiyasi proseslərlə bağlı mövqeyinin birbaşa beynəlxalq auditoriyaya çatdırılmasına imkan yaradıb.


Nurullayeva qeyd edib ki, dövlət başçısının çıxışında Azərbaycanın beynəlxalq münasibətlər sistemində "orta güc" statusuna yüksəldiyi, ölkənin Avrasiyanın mühüm siyasi, iqtisadi və tranzit mərkəzlərindən birinə çevrildiyi vurğulanıb.


Deputat bildirib ki, Prezident enerji təhlükəsizliyi, Avropa İttifaqı və ABŞ ilə münasibətlər, regional kommunikasiyaların inkişafı, eləcə də milli birlik və həmrəyliyin əhəmiyyəti ilə bağlı vacib mesajlar verib.


Onun sözlərinə görə, forumda onlarla ölkədən media nümayəndələrinin və ekspertlərin iştirakı bəzi dairələrin tədbirin beynəlxalq nüfuzuna xələl gətirmək cəhdlərinin nəticəsiz qaldığını göstərib.
"Xarici qonaqlar Qarabağda aparılan bərpa və yenidənqurma işlərini yerində görmək, bölgədə formalaşmış yeni reallıqlarla tanış olmaq imkanı əldə etdilər. Bu da həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır", - deputat əlavə edib.


Nurullayevanın fikrincə, Şuşa Qlobal Media Forumu media əməkdaşlığının inkişafına, beynəlxalq dialoqun genişlənməsinə və Azərbaycanın mövqeyinin qlobal auditoriyaya çatdırılmasına xidmət edən nüfuzlu platforma kimi əhəmiyyətini ildən-ilə artırır.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol