• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ Universiteti bu il 49 ixtisas üzrə tələbə qəbulu aparacaq

Qarabağ Universiteti bu il 49 ixtisas üzrə tələbə qəbulu aparacaq
02.08.2026 13:55

Qarabağ Universiteti 2026–2027-ci tədris ili üzrə 49 ixtisas üzrə tələbə qəbulu həyata keçirəcək.

Bunu universitetin rektoru Şahin Bayramov Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı bildirib.

Rektorun sözlərinə görə, universitetin əsas məqsədi yalnız müasir və peşəkar mütəxəssislər hazırlamaq deyil, həm də milli dəyərlərə sadiq, vətənpərvər və məsuliyyətli vətəndaşlar yetişdirməkdir.

"Universitet dedikdə ilk növbədə gənclər yada düşür. Burada verilən təhsilin nəticəsində həm Vətənini sevən, milli dəyərlərinə bağlı vətəndaşlar, həm də Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edə biləcək peşəkar mütəxəssislər yetişəcək", - Bayramov deyib.

Qarabağ Universiteti Prezidentin 28 noyabr 2023-cü il tarixli fərmanı ilə yenidən yaradılıb və Xankəndidə fəaliyyət göstərir. Hazırda ali təhsil müəssisəsində 35 ixtisas üzrə təxminən 2 100 tələbə təhsil alır. 2026–2027-ci tədris ilindən etibarən universitetdə ixtisasların sayı 49-a çatdırılır və dövlət tərəfindən ali təhsil müəssisəsinin inkişafı üçün əlavə maliyyə vəsaiti ayrılır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol