• $
  • €
  • ₽
  • ₺
  • £

Hörmüz boğazının yenidən açılması üçün səylərimizi davam edirik - səfir

Hörmüz boğazının yenidən açılması üçün səylərimizi davam edirik - səfir
21.08.2026 11:13

Böyük Britaniya Hörmüz boğazının yenidən açılması üçün tərəfdaşları ilə işləməyə davam edir və regionda atəşkəsin davam etməsini istəyir. Buny Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bildirib.

“Birləşmiş Krallıq boğazın yenidən açılması üçün tərəfdaşları ilə birlikdə çalışmağa davam edir və atəşkəsin davam etməsini və sülh danışıqlarının uğurla başa çatmasını arzulayır"- Norman Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, London danışıqlarda irəliləyişin əldə olunmasına dair xəbərləri məmnunluqla qarşılayır.

Norman Azərbaycanın Qəzzadan İrana qədər regionda daha dinc və sabit gələcəyin qurulması səylərinə verdiyi dəstəyi də alqışlayıb.

Səfir Azərbaycanın Hörmüz boğazı böhranı zamanı enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş kimi rol oynadığını bildirib.

Norman həmçinin Azərbaycanın Ukraynaya siyasi və humanitar dəstəyini yüksək qiymətləndirərək, Bakının Ukrayna və Avropanın enerji dayanıqlığının dəstəklənməsində mühüm rol oynadığını deyib.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol