• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Departamenti: Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur

Dövlət Departamenti: Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur
16.07.2015 12:21
"Bu asan deyil”.

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün sadiqliklərini təsdiq etməlidirlər.    

Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Şərqi Avropa, Qafqaz və regional münaqişələr üzrə köməkçisi Erik Rubin dünən Brukinqs İnstitutunda çıxışı zamanı bəyan edib. 

Rubin qeyd edib ki, Qarabağ məsələsinin sülh yolu ilə həllinə alternativ yoxdur. 

"Biz bu məsələyə ədalətli, sülh, uzunmüddətli və qarşılıqlı səmərəli həll nöqteyi-nəzərindən baxırıq. Məhz bu mövqelərdən hamı bu məsələni nəzərdən keçirməlidir. Çünki problemin başqa yaxşı həll yolu mövcud deyil, digər alternativlər isə o qədər təhlükəlidir ki, onları hətta nəzərdən keçirməyə dəyməz”, - Erik Rubin qeyd edib. 
 
Bununla belə yüksək vəzifəli amerikalı diplomat əlavə edib ki, bu asan olmasa da, Birləşmiş Ştatlar hər halda ümid edirlər ki, tərəflər sülhün əldə olunmasına öz sadiqliklərini təsdiq edəcəklər.

"Ümid edirik ki, hər iki tərəf sülh yolu ilə həllə bağlı danışıqlar prosesində sülhə nail olmaq üçün öz sadiqliklərini təsdiq edəcəklər.  Bu asan deyil. Həll yolunu tapmaq üçün tərəflər bir sıra məsələlər üzrə çətin seçim etməlidirlər, məhz buna görə həllə hələ nail olunmayıb”, - Erik Rubin əlavə edib. 

Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk Qrupunun Rusiya və Fransadan olan digər həmsədrlərlə Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunması üçün hərtərəfli dəstək göstərəcək. Münaqişənin kəskinləşməsinin qarşısının alınmasında həmsədr ölkələrin səyləri xüsusilə vacibdir. 

"Bir mənalı olaraq bəyan edirik ki, hər iki tərəfin vəziyyətin daha da gərginləşməməsi üçün hər şey etməsi olduqca vacibdir. Bu gərgin və təhlükəli vaxtda insidentlərdən qaçmaq olduqca vacibdir”, - ABŞ Dövlət Departamentinin rəsmisi qeyd edib. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol