Qazaxıstanda qalmaqallı reklamın müəllifləri həbs edildi

18:49 | 28.08.2014
Qazaxıstanda qalmaqallı reklamın müəllifləri həbs edildi

Qazaxıstanda qalmaqallı reklamın müəllifləri həbs edildi

Onlar qazax bəstəkar Kurmangazy Sagyrbayuly ilə rus şairi Aleksandr Pushkin-in öpüşdüyü qalmaqallı posterin hazırlanmasında iştirak ediblər.  

Hazırda plakatın müəllifləri Alma-atının daxili işlər idarəsində saxlanırlar. Onların nə əsasla həbs edildiyi bilinmir.

Reklam agentliyinin əməkdaşlarını cəzalandırmağı bəzi ictimai fəallar tələb etmişdilər. Onların arasında Kurmangazy-nın nəslindən olan reklam mütəxəssisi Nurken Khalikbergen də var. Şəhərin mədəniyyət idarəsinin rəhbəri Marken Akhmetov da belə bir plakatın hazırlanmasını pisləmişdi. Onun fikrincə, bu, “şəkildəki mədəniyyət xadimlərini alçaldır”.

Qalmaqallı plakat bu günlərdə sosial şəbəkələrdə yayılıb. Qazax mediası yazır ki, plakat şəhərdəki “Studiya 69” gey klubunu reklam edir. Həmin klub məhz Kurmangazy və Pushkin küçələrinin kəsişməsində yerləşir. Amma gey klub reklamın ona aid olmadığını bildirib.

“Havas Worldwide” reklam şirkəti isə Facebookda yerləşdirdiyi postda posterə görə üzr istəyib. Bildirib ki, plakatı yaymaq planı olmayıb, o, Bişkekdə keçirilən Orta Asiya ölkələrinin reklam festivalı üçün hazırlanıb. Orada bürünc medal qazanıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb