Qonşuları Zukerberqə qarşı: "O evlər tikilməyəcək"

15:18 | 17.09.2016
Qonşuları Zukerberqə qarşı:

Qonşuları Zukerberqə qarşı: "O evlər tikilməyəcək"

Facebook-un rəhbəri Mark Zukerberq 2013-cü ildə ABŞ-ın Palo-Alto şəhərində satın aldığı 4 evi sökərək onların yerində yeni binalar tikmək istəyir.

Qonşular isə buna imkan vermək niyyətində deyillər.

Milli.Az The Mercury News-a istinadən bildirir ki, sosial şəbəkələrdə və mediada Zukerberq "təvazökar insan" kimi təbliğ edilsə də, belə deyil. 32 yaşlı milyarder Palo-Altoda onun malikanəsinin önündəki evlərin yerində yeni bina tikiləcəyi barədə xəbər alan kimi həmin sahələri satın almaq və oradakı evləri sökmək, "özəl həyatını qorumaq" niyyətindədir.

Qonşuluqdakı 4 evin satın alınması Zukerberqə 30 milyon dollara başa gəlib. Facebook-un rəhbəri sökülən binaların yerində daha kiçik evlər inşa etməyi planlaşdırır. O, iki birmərtəbəli və iki ikimərtəbəli evləri sökərək onları 3 birmərtəbəli və bir ikimərtəbəli bina ilə əvəzləmək istəyir.

Amma qonşuları bununla razı deyillər və "O evlər tikilməyəcək" deyirlər.

Palo-Altonun şəhər meriyası da sakinlərin tərəfindədir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb