Qrossmeyster: Mənim üçün Şəmkirə səfər xüsusi olacaq

01:06 | 08.04.2014
Qrossmeyster: Mənim üçün Şəmkirə səfər xüsusi olacaq

Qrossmeyster: Mənim üçün Şəmkirə səfər xüsusi olacaq

“Vüqar ölməmişdən qabaq: “Sən indi bizim hər ikimizin yerinə oynamalısan” dedi”.

Rusiya şahmatçısı Sergey Karyakin, yaxın zaman üçün planları ilə bölüşərkən, Şəmkirdə Vüqar Həşimovun memorialının onun üçün nə qədər önəmli olduğunu dedi.

“İstirahət yoxdur, - Oxu.Az Sport.1news.az-a istinadən Karyakinin sözlərini sitat gətirir – Artıq sabah Rusiyada komanda çempionatında oynamağa başlayıram, sonra Azərbaycanda turnir. Ora, həyatdan çox tez gedən, ən yaxın dostumun xatirəsini yad etməyə gedirəm.  Şəmkir şəhərində Vüqar Həşimovun memorialı keçiriləcək. 

Orda tərkib Hantdakı tərkibdən heç də zəif deyil, Karlsen, Karuana, Nakamura, Məmmədyarov, Rəcəbov. 

Həm də iki çevrə üzrə görüşəcəyik.

Vüqar ölməmişdən qabaq: “Sən indi bizim hər ikimizin yerinə oynamalısan” dedi. Ona görə də Şəmkirə səfər mənim üçün xüsusi olacaq...”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM