“Qüds” xüsusi hərbi birləşməsinə yeni komandir təyin edilib

20:30 | 03.01.2020
“Qüds” xüsusi hərbi birləşməsinə yeni komandir təyin edilib

“Qüds” xüsusi hərbi birləşməsinə yeni komandir təyin edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah”) "Qüds” xüsusi hərbi birləşməsinin yeni komandiri briqada generalı İsmayıl Kaani olub.

"Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə sərəncamı İranın ali lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Əli Xameneyi imzalayıb.

İ.Kaani sələfinin müavini vəzifəsində çalışırdı. Vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib.

Xatırladaq ki, "Qüds”ün əvvəlki komandiri Qasım Süleymani Bağdadda ABŞ hava qüvvələrinin raket zərbəsi nəticəsində həlak olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb