Ramiz Mehdiyevi kim əvəz edəcək?

22:33 | 02.06.2020
Ramiz Mehdiyevi kim əvəz edəcək?

Ramiz Mehdiyevi kim əvəz edəcək?

Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar iclasının gündəliyinə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi ilə bağlı məsələ salınıb.
Anews.az "Ölkə.Az"-a istinadla xəbər verir ki, komissiyaya yeni rəhbər və üzvlərin təyinatı gözlənilir.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.


Hazırda Komissiyanın sədri, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdir. Hazırda o, AMEA-nın rəhbəridir və rəsmi dövlət postu tutmur.
Bundan başqa üzvlər sırasında olan Zakir Qaralov ötən ay Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsindən azad edilib.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb. Qurum korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb