• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank yerli banklar üçün “Rəqəmsal Bankçılıq Seminarı” təşkil etdi

Kapital Bank yerli banklar üçün “Rəqəmsal Bankçılıq Seminarı” təşkil etdi
16.03.2023 12:23
Ölkənin ilk rəqəmsal bankı olaraq Birbank Azərbaycanda rəqəmsal bankçılığın inkişafı üçün ardıcıl addımlar atır. Bununla bağlı Kapital Bank ölkəmizdə rəqəmsal bankçılığın inkişafına töhfə vermək və yerli bank sektorunun beynəlxalq təcrübələrlə tanışlığı məqsədilə Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə birgə "Rəqəmsal Bankçılıq Seminarı” təşkil edib. 


15 mart 2023-cü il tarixində keçirilən tədbirdə ölkənin 22 bankından ümumilikdə 50-dək əməkdaş iştirak edib. Türkiyədən dəvət edilən və rəqəmsal bankçılıq sahəsində böyük təcrübəyə malik olan spiker iştirakçıların suallarını cavablandırıb və situativ məşğələlər keçirib. 


Tədbirin məqsədlərindən biri də bank sektorunun nümayəndələri üçün şəbəkələşmə imkanlarını artırmaq və onların öz təcrübələrini bir-biri ilə paylaşması olub. Kapital Bank yerli banklar arasında təcrübə mübadiləsinin artması üçün bu cür tədbirləri davamlı şəkildə təşkil etməyi planlaşdırır.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!

"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
İqtisadiyyat 12:00
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Mikayıl Cabbarova müşavir təyin edilib
İqtisadiyyat 11:47
Mikayıl Cabbarova müşavir təyin edilib
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
İqtisadiyyat 10:42
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol