• $ 1.7
  • € 1.9703
  • ₽ 0.019764
  • ₺ 0.0352
  • £ 2.3026

İlham Əliyev Hakan Fidanı qəbul edib - YENİLƏNİB

İlham Əliyev Hakan Fidanı qəbul edib - YENİLƏNİB
05.07.2024 18:24
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Söhbət zamanı bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın nümunəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüş məmnunluqla xatırlanıb,bundan sonra bu formatın davamlı olacağına əminlik ifadə edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyənin dövlət başçısının Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar Şuşada keçiriləcək Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin vitse-prezidentinin təmsil edəcəyi vurğulanıb.

Məhz Şuşa şəhərində 2021-ci ildə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrinin əsasını təşkil edən Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyəti vurğulanıb.

Görüşdə ölkələr arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub,Türk dünyasının birliyinin və həmrəyliyinin önəminə toxunulub.

Söhbət zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri də müzakirə edilib.

16:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - yenilənib
Siyasət 15:20
Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - yenilənib
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilir - yenilənib - video
Siyasət 14:55
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilir - yenilənib - video
Azərbaycan və Çin prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb
Siyasət 12:58
Azərbaycan və Çin prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb
Əliyev xanımı ilə Qırğızıstana rəsmi səfərə gedib
Siyasət 11:53
Əliyev xanımı ilə Qırğızıstana rəsmi səfərə gedib
İlham Əliyev Qırğızıstan, Malayziya və Trinidad və Tobaqo liderlərini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Qırğızıstan, Malayziya və Trinidad və Tobaqo liderlərini təbrik edib
İlham Əliyev Şimali Kipr liderinə başsağlığı verib
Siyasət 10:41
İlham Əliyev Şimali Kipr liderinə başsağlığı verib
XİN Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:30
XİN Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
Siyasət 22:51
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım
Siyasət 13:26
Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol