Zaqatalada “Sıfır Tullantı” həmrəylik marafonu keçirildi
Xəbər
verdiyimiz kimi Qırmızı Ürəklər Fondu ölkənin birinci bankı Kapital Bank-ın 150
illik yubileyi münasibətilə "Sıfır Tullantı” həmrəylik marafonuna start verib.
Layihənin məqsədi müxtəlif ərazilərdə təbiətin tullantılardan təmizlənməsi ilə
yanaşı həmin ərazidə məskunlaşan insanlarda ətraf mühitin mühafizəsinə həssas
yanaşmanın artırılmasıdır. Artıq 3 regionda icra edilən layihənin növbəti
dayanacağı Şəki-Zaqatala iqtisadi rayonu olub.
İqtisadi
rayonun ərazisində yerləşən filiallarda çalışan 35 könüllünün iştirakı ilə baş
tutan marafonda təyin edilən ərazi 813 kq həcmində tullantıdan təmizlənib. Ərazinin
sürətli və effektiv təmizlənməsini həyata keçirmək üçün prosesə xüsusi texniki
vasitələr də cəlb olunub. Layihə iştirakçıları
sonda bu təşəbbüsü dəstəkləyən hər kəsi, xüsusən də ölkənin aparıcı
şirkətlərini təbiətin qorunması istiqamətində layihələrdə iştirak etməyə
çağırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
15:00
Orta Dəhlizin cənub istiqamətindəki problemli hissələri oktyabrda araşdırılacaq — ADY
İqtisadiyyat
14:15
Azərbaycan tranzit yüklərin həcmini 2030-cu ilədək 30 milyon tona çatdırmağı planlaşdırır
İqtisadiyyat
14:09
AİB Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsinə $350 mln ayırmağı planlaşdırır
Son xəbərlər
İqtisadiyyat
15:00
İqtisadiyyat
14:15
İqtisadiyyat
14:09
İqtisadiyyat
12:57
Cəmiyyət
12:55