Rio-de-Janeyroda 2 ölkənin paralimpiyaçıları qarət olunub

13:18 | 05.09.2016
Rio-de-Janeyroda 2 ölkənin paralimpiyaçıları qarət olunub

Rio-de-Janeyroda 2 ölkənin paralimpiyaçıları qarət olunub

2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın Rio-de-Janeyro şəhərində İspaniya yığmasının 3 üzvü qarət olunub. 

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, hadisə Paralimpiya Kəndində baş verib. 

Naməlum kişilər özlərini otaq təmizləyənlər kimi təqdim edərək, idmançıların qaldıqları otaqlardan 350 dollar oğurlayıblar. Zərərçəkənlər polisə müraciət ediblər. Oğrular sonradan tapılsa da, üstlərindən pul çıxmayıb. 

Danimarka nümayəndə heyətinin də qarət olunduğu bildirilir. Onların otaqlarından texnika və hətta geyimlərin də oğurlandığı bildirilir. 

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7 - 18 sentyabrda keçiriləcək. Azərbaycan nümayəndə heyəti də bir neçə gündür Rio-de-Janeyrodadır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb