Robotlar bu sahələrdə insanları əvəz edəcək

23:16 | 10.10.2016
Robotlar bu sahələrdə insanları əvəz edəcək

Robotlar bu sahələrdə insanları əvəz edəcək

Robotların insanları əvəz edə biləcəyi peşələrin siyahısı təqdim edilib.

ikt.lent.az-ın "runews24.ru” saytına istinadən məlumatına görə, bu peşələrin arasında sürücü, müəllim və kuryer peşələri var. Həmçinin siyahıya patrul, yükləyici və ofisiant peşələri də daxil edilib.

Agentlik qeyd edir ki, artıq dünyada taksi xidməti mövcuddur ki, orada sürücüsüz avtomobillər fəaliyyət göstərir. Onlardan biri Pittsburq şəhərindəki "Uber” və Sinqapurda fəaliyyət göstərən "nuTomony” şirkətləridir. Gözlənilir ki, ilin sonuna qədər bu şirkətlərin avtomobil parklarındakı sürücüsüz avtomobillərin ümumi sayı onlarla olacaq. "nuTomony” şirkəti isə 2018-ci ilə qədər özünün bütün parkını sürücüsüz avtomobilə keçirmək niyyətindədir.

Kuryerlərin əvəzinə dron gələ bilər ki, hazırda müxtəlif kuryer xidmətləri və nəqliyyat şirkətləri bunun üzərində sınaqlar keçirir. Onlar bu dronlardan müxtəlif bağlama və məhsulların çatdırılması vasitəsi kimi istifadə edirlər.

Müəllimlik peşəsinə gəldikdə isə, bu gün artıq intellektual avtomatlaşdırılmış sistemlərin köməyi ilə distant təhsil təcrübədən keçirilir. 

Bundan öncə bildirilib ki, yaxın on il ərzində Moskvada da sürücüsüz taksilər fəaliyyətə başlaya bilər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb