Ronaldu Messini “pis futbolçu” adlandırdı

23:37 | 22.01.2018
Ronaldu Messini “pis futbolçu” adlandırdı

Ronaldu Messini “pis futbolçu” adlandırdı

Madrid "Real”ının hücumçusu Kriştianu Ronaldu "Barselona”dan olan həmkarı Lionel Messini "pis oyunçu” adlandırıb.

Anews.az "Marka”ya istinadən xəbər verir ki, İspaniya Primerosunun XX turunun "Deportivo” ilə oyunundan əvvəl futbolçularla birgə meydana çıxmış uşaqlardan biri Ronalduya deyib:

"Mənim üçün sən dünyada yaxşısan, Messi isə...” Ronaldu özü isə bu sözləri gülərək belə tamamlayıb: "Messi isə pis futbolçudur”.


Xatırladaq ki, dünən keçirilmiş "Real” – "Deportivo” oyunu 7:1 Madrid klubunun xeyrinə başa çatıb. Matçın sonlarında üzü qanamış Kriştianu Ronaldu bu oyunda iki qola imza atıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM