Rusiya hərbi xərclərini artıracaq

13:00 | 15.05.2016
Rusiya hərbi xərclərini artıracaq

Rusiya hərbi xərclərini artıracaq


Rusiya prezidenti Vladimir Putin, Amerika Birləşmiş Ştatlarının (ABŞ)Rumıniyaya yerləşdirdiyi raket əleyhinə sistemi aktiv vəziyyətə gətirməsinə münasibət bildirib. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti bildirib ki, ölkəsi üçün ortaya çıxan bütün təhdidlər dəf ediləcək:

"ABŞ-nın raket əleyhinə sistemi Rusiyanın nüvə gücünü azaltmağı hədəfləyib. Buna görə də Rusiyada hərbi xərclər artırılacaq”.

ABŞ prezidenti Barak Obama öz növbəsində Rusiya hərbi sisteminin aqressiyasının get-gedə artmasından narahat olduqlarını bildirib.
NATO isə, Rumıniyaya yerləşdirdiyi raket əleyhinə sisteminin şərqdə baş verə biləcək bütün mümkün təhdidlərin qarşının alınması məqsədi ilə yerləşdirildiyini iddia edib.

ABŞ Rumıniyanın şərqindəki Deveselu bölgəsində quraşdırılan 800 milyon dollarlıq sistemi mayın 12-də aktiv vəziyyətə gətirib.

Qeyd edilən ölkədə təşkil edilən bir məclisdə NATO baş katibi Yens Stoltenberq və təşkilata üzv dövlətlərin rəsmiləri qatılıb.









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM