​Rusiya iqtisadiyyatında geriləmə davam edir

15:04 | 31.05.2016
​Rusiya iqtisadiyyatında geriləmə davam edir

​Rusiya iqtisadiyyatında geriləmə davam edir

 Rusiya iqtisadiyyatındakı azalma 2016-cı ilin yanvar-aprel aylarında illik müqayisədə 1,1% təşkil edib. 

"Report" Rusiya İqtisadi İnkişaf Nazirliyinin (İİN) hesabatına istinadən xəbər verir ki, aprel ayında iqtisadi geriləmə keçən ilin analoji dövrü ilə müqayisədə 0,7% olub. Mövsümi amillər istisna olmaqla Rusiya iqtisadiyyatı apreldə keçən ilin analoji dövrü ilə müqayisədə 0,1% azalıb.

Nazirliyin hesabatına əsasən, Rusiyanın xarici ticarət profisiti yanvar-aprel aylarında keçən ilin analoji dövrü ilə müqayisədə 47,7% azalaraq 31,4 mlrd. dollar təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM