Rusiya Krımda hərbi təlim keçirir

14:57 | 19.08.2016
Rusiya Krımda hərbi təlim keçirir

Rusiya Krımda hərbi təlim keçirir

Rusiya hərbi qüvvələri Ukraynanın 2014-cü ildə ilhaq olunmuş Krım yarımadasında təlim keçirir.

Rusiyanın RIA-Novosti dövlət agentliyi avqustun 18-də bildirib ki, təlimlərdə yalnız quru və donanma qüvvələri iştirak edir.

Bu ayın əvvəlində Moskva Ukraynanı Krımda "təxribat” törətmək cəhdlərində ittiham edib. Kiyev isə bunu təkzib edir. O vaxtdan tərəflər arasındakı gərginlik artıb.

Son həftələr Ukraynanın şərqində atışmalar da çoxalıb. Hökumət qüvvələri burada rusiyapərəst separatçılarla savaşır.

Ukrayna Prezidenti Petro Poroshenko avqustun 17-də xəbərdarlıq edib ki, "Rusiyanın tammiqyaslı işğalını” istisna etmir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb