Rusiya səfirliyi minaatanlardan atəşə tutuldu

22:18 | 28.10.2016
Rusiya səfirliyi minaatanlardan atəşə tutuldu

Rusiya səfirliyi minaatanlardan atəşə tutuldu

Dəməşqdə  Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.
 
Məlumata əsasən, insident bu gün, Moskva vaxtı ilə saat 15:00 radələrində qeydə alınıb.
 
Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.
 
Bildirilir ki, atəş ekstremistlərin nəzarəti altında olan Cobar rayonu tərəfindən açılıb. "Mərmilərdən biri diplomatik missiyanın girişinin yaxınlığına düşüb, iki mərmi isə səfirliyin hasarından 100 metr kənarda partlayıb”,-  məlumatda qeyd olunur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb