Rusiyada qeyri-adi qadağa

20:29 | 19.06.2014
Rusiyada qeyri-adi qadağa

Rusiyada qeyri-adi qadağa

Rusiya Dövlət Dumasının Mədəniyyət Komitəsi Liberal Demokratlar Partiyasının müzakirə çıxardığı qanun layihəsini dəstəkləyib.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, həmin layihə Rusiyada dövlət dilinin qorunmasına xidmət edir. Sənəddə rusca danışan zaman xarici söz işlədənlərin cərimələnməsi nəzərdə tutulur.

 

Bu layihəyə uyğun olaraq, dövlət dili haqda qanunda dəyişiklik edilərsə, o zaman adi vətəndaşlar kütləvi halda xarici söz işlədərsə, 2 -2,5 min rubl, vəzifəli şəxslər isə 4 – 5 min rubl cərimələnəcək. Hüquq şəxslər isə 40 -50 min rubl məbləğində cərimə ödəməli olacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM