Rusiyalı nazir davadan sonra vəfat etdi

10:52 | 25.07.2021
Rusiyanın Amur vilayyətinin rabitə naziri Aleksandr Kurdyukov vəfat edib.

"RİA Novosti” xəbər verir ki, nazir istirahətdə olduğu zaman turbazaların birində baş verən davada iştirak edib.

Bundan sonra o, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Kurdyukovun həyatını xilas etmək mümkün olmayıb.


Hüquq-mühafizə oraqanları hadisə ilə bağlı hələ ki açıqlama verməyiblər.


Qeyd edək ki, A.Kurdyukovun 40 yaşı var idi və Rusiyada ən gənc nazirlərdən biri hesab olunurdu. O bu vəzifəyə 2021-ci ilin yanvarında təyinat alıb. (azxeber.com)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM