Rusiyanın ehtiyat fondu tarixə qovuşdu

18:49 | 01.02.2018
Rusiyanın ehtiyat fondu tarixə qovuşdu

Rusiyanın ehtiyat fondu tarixə qovuşdu

Rusiyanın ehtiyat fondu bu gündən etibarən rəsmən öz mövcudluğunu başa çatdırıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Maliyyə Nazirliyi yayıb.

Qeyd edək ki, 2017-ci ilin dekabrında Rusiyanın ehtiyat fondunda qalan 1,42 trilyon rubl federal büdcənin kəsrinin qapadılması üçün istifadə edilmişdi. Bununla da ehtiyat fondundakı vəsaitlərin hamısı xərclənmişdi.

Rusiya Prezidenti Vladimir Putinin qərarına əsasən, bundan sonra neft-qaz gəlirlərindən əlavə qalan vəsait Rusiya Milli Rifah Fonduna yerləşdiriləcək.

Ehtiyat fondu 2008-ci ildə yaradılıb. 2014-cü ildən bu yana fondun vəsaitləri azalıb. Buna səbəb neft qiymətlərinin ucuzlaşması və ölkəyə tətbiq edilən Qərb sanksiyaları olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM