Ruslar Molla Nəsrəddin haqda film çəkir

18:59 | 31.03.2015
Ruslar Molla Nəsrəddin haqda film çəkir

Ruslar Molla Nəsrəddin haqda film çəkir

Rusiya film şirkəti "Enjoy Movies” Molla Nəsrəddin haqda film çəkməyə hazırlaşır.

Axar.az xəbər verir ki, Rusiyanın qabaqcıl film şirkətlərindən olan "Enjoy movies” komik hekayələri və müdrik zarafatlarıyla tanınan Molla Nəsrəddinlə bağlı film çəkəcəyini açıqlayıb.

Prodüser Georgi Malkov filmin beynəlxalq potensiala malik bir rejissora veriləcəyini və bu kürsü üçün ən real namizədin "Fars şahzadəsi” filminin rejissoru Mayk Nevel olduğunu bildirib. O, aprel ayında Özbəkistan Mədəniyyət Nazirliyi ilə görüşəcəklərini və əsas mövzuların orada müəyyənləşdiriləcəyini qeyd edib. Malkov "Onlar (Özbəkistan) qəhrəmanlarının düzgün təmsil olunmasını istəyirlər. Biz də filmin beynəlxalq səviyyədə olması üçün məlumat toplayırıq. Əgər bacara bilsək, dünya şöhrətli ulduzların rol aldığı bir film ərsəyə gələcək”, – deyib.

Qeyd edək ki, film "Ustad – Şərqin sahibi” adlanacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM