Saşa Yunisoğlu "Dənizlispor"dan ayrıldı

14:29 | 03.04.2014
Saşa Yunisoğlu "Dənizlispor"dan ayrıldı

Saşa Yunisoğlu "Dənizlispor"dan ayrıldı

Türkiyənin "Dənizlispor" klubu azərbaycanlı futbolçu Saşa Yunisoğlu ilə yollarını ayırıb. Qol.Az-ın məlumatına görə, bu barədə birinci divizion təmsilçisinin prezidenti Mehmet Özsoy klubun rəsmi saytına açıqlamsında məlumat verib."Saşa Yunisoğlu ilə sözləşməmizi qarşılıqlı olaraq ləğv etdik. Bu futbolçumuzun "Dənizlispor"a verdiyi əməyə görə ona çox təşəkkür edir, futbol həyatında uğurlar arzulayıram" - deyə o bildirib.Qeyd edək ki, milli komandamızın sabiq üzvü bu mövsüm zədə səbəbindən komandasının heyətində nadir hallarda meydana çıxırdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM