Savchenko-dan yaxşı xəbər gözləyirlər

18:55 | 23.05.2016
Savchenko-dan yaxşı xəbər gözləyirlər

Savchenko-dan yaxşı xəbər gözləyirlər

Mayın sonuna Rusiyada məhkum edilmiş Ukrayna vətəndaşları barədə müsbət xəbər gözlənir. Onlar Nadejda Savchenko, Yuriy Soloshenko və Gennadoy Afanasyev-dir. Məlumatı Rusiya Ali Radası spikerinin birinci müavini İrina Gerashenko deyib.

"112 Ukrayna” telekanalına müsahibəsində Gerashenko həmin şəxsləri "girovlar” adlandırıb və deyib ki, "onların azad edilməsindən ötrü çox böyük iş aparılır”. Onun sözlərinə görə, Ukrayna Prezidenti Petro Poroshenko məsələni şəxsi nəzarətində saxlayır.

Savchenko martın 22-də Rusiyada 22 illik həbs cəzasına məhkum edilib. O, Ukraynada iki rusiyalı jurnalistin ölümündə əli olmaqda təqsirli bilinib. Pilot özü separatçılar tərəfindən oğurlandığını deyir.

Hökm çıxarılandan sonra Prezident Poroshenko deyib ki, pilotun əvəzinə Ukraynada terrorçuluq ittihamlarıyla məhkum edilmiş iki rusiyalını Moskvaya verməyə hazırdır.

Bir neçə gün öncə bu iş üzrə sənədləşmə işinin başlanması barədə informasiya yayılmışdı. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb