Sınıq-salxaq oturacaqlı ictimai nəqliyyatımız - FOTOLAR

09:55 | 09.09.2015
Sınıq-salxaq oturacaqlı ictimai nəqliyyatımız - FOTOLAR

Sınıq-salxaq oturacaqlı ictimai nəqliyyatımız - FOTOLAR

İctimai sözünün çoxçalarlı mənası var - cəmiyyətdə insanların yaşam və münasibəti ilə bağlı olan hadisələri toplu halında nümayiş etdirir, cəmiyyətdə cərəyan edən proseslərin əks olunmasını təmin edir, insanların toplu halında hərəkətlərinin, davranış və münasibətlərinin tənzimlənməsini tələb edir.

İctimai sözünü sifət kimi çox istifadə edirik - ictimai fəaliyyət, ictimai fikir, ictimai həyat, ictimai quruluş. Amma sadə vətəndaşları daha çox maraqlandıran söz "ictimai nəqliyyat"dır desək, yəqin ki, yanılmarıq. Çünki elə vətəndaş olmur ki, ictimai nəqliyyatdan istifadə etməsin. Bu səbəbdən də ictimai nəqliyyatın rahat və təhlükəsiz olması əsas şərtlərdən biridir. Dəfələrlə ictimai nəqliyyatın ayrı-ayrı problemlərini - sürücünün təhlükəsizlik qaydalarına riayət etməməsi, avtobusların dayanacaqdan kənar terlərdə saxlaması və s. toxunulub. 

ANN.Az fotoreportyorunun qaldırdığı problem isə tam fərqlidir - əslində hər kəsi daha çox narahat edən, amma ictimaiyyət üzvlərinin özlərinin yaratdığı problem. İctimai nəqliyyatda oturacaqların yararsız vəziyyətdə olması - oturacaqların yırtılıb-dağılması, həddindən artıq çirkli görünməsi, sınıq-salxaq olması tək sürücünün səhlənkarlığı ucbatından meydana gəlməyib, həm də sərnişinlərin laqeydliyinin nəticəsidir.

Aşağıdakı fotolarda gördüyünüz mənzərə ilə demək olar ki, hər gün qarşılaşırıq.
 
 
Fotoların müəllifi Fərqanə Novruzovadır
 
 
























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb