• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhriyar Məmmədyarov: "Dünyanın ən güclü qadın şahmatçısı ilə oynayıram"

Şəhriyar Məmmədyarov: "Dünyanın ən güclü qadın şahmatçısı ilə oynayıram"
15.09.2015 16:34

Bu gün azərbaycanlı şahmatçı ilə Hou Yifan arasında ikinci görüş keçiriləcək

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov çinli Hou Yifanla heç-heçə oynayıb. 

"Report"un Dünya Kubokunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdən sonra keçirilən mətbuat konfransında Şəhriyar Məmmədyarov oyunda maraqlı vəziyyətin yarandığını deyib.
O bildirib ki, rəqibin bir gediş etməklə heç-heçəyə oynayacağını düşünsə də, gedişat fərqli olub: "Vəziyyətə görə heç-heçə mənim üçün də rahat olardı. Amma rəqib fərqli oynadı. Bundan sonra vəziyyət mənim üçün təhlükəli hal aldı. Bir sözlə, maraqlı vəziyyət idi. Rəqibim də yaxşı oynadı. Sona yaxın gördüm ki, qələbə qazanmaq üçün şans çox azdır. Bir epizodda yalandan tez oynadım ki, guya nəsə görürəm. Amma əslində heç nə görmürdüm".

"Rəqibin xanım olmasının sənin üçün hansısa fərqi varmı" sualını qrossmeyster belə cavablandırıb: "Baxır xanıma. Mənim rəqibim dünya çempionudur. Ən güclü qadın şahmatçısı ilə oynayıram. Belə xanım şahmatçıya qarşı kişilərdən daha çox ehtiyatlı oynamaq lazımdır".
Qeyd edək ki, bu gün Şəhriyar Məmmədyarovla Hou Yifan arasında ikinci görüş keçiriləcək. Bu dəfə Məmmədyarov ağ fiqurlarla mübarizə aparacaq. Görüş saat 15-də start götürəcək

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol