• $
  • €
  • ₽
  • ₺
  • £

"Bolqarıstana qələbə üçün gəlmişik" – Maksim Medvedev

"Bolqarıstana qələbə üçün gəlmişik" – Maksim Medvedev
12.10.2015 19:00
Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev "Avro-2016"nın seçmə mərhələsinin son turunda Bolqarıstanla keçirilən oyunöncəsi Qol.Az-ın Sofiyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb.

- Seçmə mərhələnin son ev oyununda İtaliyaya uduzdunuz. Əvvəlcə bu oyunla bağlı fikirlərini öyrənək...

- İtaliyanı nə qədər yaxşı analiz etsək də, səviyyə fərqi öz sözünü dedi. Hiss olunurdu ki, onlar bizdən üstündür. Bir-birinə ötürməni gözübağlı verirdilər. Dəqiq ötürmələrdə biz onlara uduzduq. Nəticəyə təsir edən də bu oldu.

- Ancaq top saxlamaqda İtaliyanı üstələməyi bacardınız.

- Bəli, ilk hissədə yaxşı oynadıq. Top saxlayırdıq, kombinasiyalar qururduq. Çoxları gözləyirdi ki, Azərbaycan millisi yenə müdafiədə oturacaq. Ancaq başabaş oyun gedirdi. Sadəcə İtaliya üç qol vurdu, biz isə bir. İkinci hissədə yaxşı oynaya bilmədik. Yorulmuşduq. Artıq ilk hissədəki kimi top uğrunda mübarizə apara bilmirdik.

- Komandamız bərabərlik qolundan sonra geri çəkildi. Bəlkə, millimizin səhvi burada oldu?

- Bəli, oyun yüksək səviyyədə keçirdi. Müdafiəyə çəkilməsəydik, nəticə başqa cür olardı. Ancaq o tempə dözmək də olmur. Çünki buna alışmamışıq. Ona görə də arxaya çəkilməyə məcbur olduq. Dərk etmədən özümüzə çətinlik yaratdıq. Açıq oyun gedəndə daha yaxşı təsir bağışlayırdıq.

- Rəşad Sadıqov oyundan sonra bildirdi ki, İtaliya millisi Kontenin gəlişindən sonra çox inkişaf edib, bu komandaya qarşı nəsə etməyimiz qeyri-mümkün idi.

- Rəşad düz deyib. Biz bu cür İtaliya gözləmirdik. Oyuna qədər düşünürdük ki, rəqib bir hücumçu ilə oynayacaq. Ancaq gördüyünüz kimi, iki hücumçu ilə mübarizə apardılar. Belədə bizim bütün planlarımız alt-üst oldu. İtaliya millisinin futbolçuları ilə təkbətək mübarizə aparmaq çox çətindir. Əl-Şaaravi ilə mübarizədə çox çətinlik çəkdim.

- Sabah millimiz Bolqarıstan millisi ilə qarşılaşacaq. "Avro-2016”nın seçmə mərhələsinin son oyununda millimizdən nə gözləyək?

- Təbii ki, son oyunu yaxşı nəticə ilə başa vurmaq istəyirik. Düzdür, İtaliya ilə görüşdən sonra bizə çətin olacaq. Həmin qarşılaşmada çox güc sərf etdik. Ancaq biz Bolqarıstana qələbə üçün gəlmişik.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol