"Qarabağ"ın futbolçusu Azərbaycan yığmasından qovuldu

Bu barədə Nazim Süleymanov qərar qəbul edib
"Qarabağ" klubunun futbolçusu Mahir Mədətov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasından kənarlaşdırılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə yığmanın baş məşqçisi Nazim Süleymanov qərar qəbul edib.
Səbəb kimi 18 yaşlı müdafiəçinin intizam qaydalarını kobud şəkildə pozması göstərilib.
Qeyd edək ki, Mahir Mədətov Bakıda keçirilən Avropa çempionatının seçmə qrup mərhələsinin Azərbaycan - Türkiyə matçına start heyətdə çıxıb. Lakin o, 19-cu dəqiqədə Emil Həsənzadə ilə əvəzlənib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















