Ronaldonun heykəlinin üzərinə Messi yazıldı - FOTO

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun "Qızıl top" mükafatı uğrunda yarışda növbəti dəfə Lionel Messiyə uduzması vətənində etirazla qarşılanıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçunun doğulduğu Madeyra şəhərindəki heykəli bir qrup şəxs tərəfindən hücuma məruz qalıb.
Sürixdəki ilin ən yaxşı futbolçusunun mükafatlandırma mərasimindən sonra kimliyi bilinməyən bir qrup şəxs heykəlin kürək nahiyyəsinə qırmızı boya ilə Messi və argentinalı futbolçunun geyindiyini formanın nömrəsi olan "10" rəqəmini yazıb.
Qeyd edək ki, braziliyalı heykəltəraş Rikardo Velosa tərəfindən hazırlanan heykəlin açılış mərasimi 2014-cü ilin dekabr ayında baş tutub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















