Eddi İsrafilov millinin toplanışında iştirak etməyəcək

Eddi İsrafilov Azərbaycan milli komandasının martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, E.İsrafilovun çıxş etdiyi "Kordoba” klubu İspaniya çempionatının yüksək liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apardığı üçün klubun baş məşqçisi futbolçunun Azərbaycan millisinin toplanışında iştirak etməməsi ilə bağlı müraciət edib.
Millimizin baş məşqçisi Robert Prosineçki müraciəti müsbət cavablandırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















