• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: "Mövsümün ən ağır oyunu olacaq"

Qurban Qurbanov: "Mövsümün ən ağır oyunu olacaq"
24.05.2016 17:24
"Final oyununda iştirak etmək və qalib olmaq hər bir futbolçunun arzusudur. Bizim üçün mövsümün uğurlu keçdiyini deyə bilərik". 

Qol.az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun "Neftçi" ilə keçiriləcək final maçtından öncə keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov sabahkı oyun haqda bunları bildirib: "Hər bir futbolçu oyunun məsuliyyətini dərk etməlidir. Bizim üçün asan olmayacaq. Bəlkə də mövsümün ən ağır oyunu olacaq. Hər bir komanda kuboka sahib çıxmaq istəyir. Qismətimizdə olsa, kuboku qazanacağıq və hər iki komandaya uğurlar arzu edirəm. Rəqibdən Arazı, Elşəni, Rəhmanı, Ruslanı qeyd edə bilərəm. Hər biri güclü oyunçulardır və topla rahat davranırlar. Sabahkı oyunda bizim müdafiədəki oyunumuz çox vacibdir. Belə rəqibə qarşı oynamaq həmişə xoşdur. Azarkeş sayı ilə bağlı nəsə deyə bilmərəm. Ancaq məlumdur ki, həm "Qarabağ", həm də "Neftçi"nin xeyli sayda azarkeşi var. Çünki bu iki klub çempionatın əvvəlindən bir-birinə rəqib olub. Kütlə çox olsa, azarkeş adı da qalxmış olar. Söhbət hansı komandanın daha çox azarkeşi olmasından getmir. İstərdim stadion dolsun, amma buna inanmıram".

O, çempionatda neçənci yeri tutmaqdan asılı olmayaraq kubok oyununun əhəmiyyətindən söz açıb: "Mən özüm də futbolçu olmuşam. İndi də futbolçulara bildirmişəm ki, bunlar tam fərqli turnirlərdir. Yəni çempionatda neçənci yeri tutmağından asılı bir şey yoxdur. Final bir oyundan ibarətdir. Baxmayaraq ki, rəqib son oyunda "Sumqayıt"a məğlub olub. Amma belə demək mümkündürsə, "Neftçi" kubokda bizdən daha təcrübəlidir. Buna baxmayaraq biz ilk olaraq öz oyunumuz, sonra rəqib haqda düşünürük. Oyundan əvvəl bütün istəklərimizi futbolçulara çatdıracağıq. Bu gün Əmrah Çəlikəlin 40 yaşı tamam olur. Biz illərdir çalışırıq ki, hər iki - həm ölkə çempionatında birinci olaq, həm də kuboka sahib çıxaq. Hələ ki, bunu bacarmamışıq. Hər kəsin fikirlərinə hörmətlə yanaşırıq. Komandanı motivasiya etmək üçün işi dəyərləndirmək lazımdır. Bu səbəbdən futbolçularımızı motivasiya etməyə ehtiyac yoxdur. Hansısa açıqlamaya, fikrə görə meydançaya çıxmaq nəticəsində futbolçu aqressiv olur. Sadəcə düşündüklərimizi meydanda həyata keçirməyə çalışacağıq".

"Rəvan"a məğlubiyyətimiz söz-söhbət olmadı. Sadəcə bir neçə nəfər söz-söhbəti böyütdü. Əfsuslar ki, mənə və komandaya şübhə ilə yanaşanlar var. Biz nəyəsə görə yox, öz proqramımıza əsasən işimizi qururuq. Bu yaxşı dedektiv filminə oxşadı. İllərdir günahkar axtarırlar, tapa bilmirlər. Axırda da Qurban günahkar olur. Belə söz-söhbətlərə fikir versək, fikrimcə burada işləməyin heç yeri yoxdur" - deyə, Q.Qurbanov bildirib.

Qeyd edək ki, mayın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol