“Barselona” braziliyalı futbolçu ilə müqavilə bağlayıb

"Barselona” rəhbərliyi braziliyalı futbolçu Marlon Santosla əməkdaşlığı uzun müddətə davam etdirmək qərarına gəlib. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalılar keçən il icarəyə götürdükləri müdafiəçinin transfer hüququnu birdəfəlik alıblar.
Bunun üçün "Fluminense” klubuna 2 milyon avro ödəniləcək. 21 yaşlı "sambaçı” "Barselona” ilə 5 illik müqavilə imzalayıb.
"Barselona”nın 2016-cı ildə cəlb etdiyi Marlon əvəzedici komandanın formasını geyinib. Əsas komandada rəsmi oyuna çıxmayan futbolçu "Barselona B”də 9 matçda iştirak edib.
Qeyd edək ki, Marlon Braziliyanın U-20 yığmasının da üzvüdü.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















