• $
  • €
  • ₽
  • ₺
  • £

“Real” dünyanın ən bahalı futbolçusunu almaq istəyir

“Real” dünyanın ən bahalı futbolçusunu almaq istəyir
12.01.2018 18:15
Madridin "Real” klubu Fransanın PSJ komandasının braziliyalı hücumçusu Neymarı heyətinə qatmağa çalışır.

Anews.az xəbər verir ki, bu haqda İspaniyanın "Marka” nəşri məlumat yayıb.

Xəbərə görə, Neymarın maaşları ilə birgə transfer xərcləri 400 milyon avro edir. Braziliya millisinin hücumçusu keçiddən imtina edəcəyi halda, "Real”ın hədəfindəki alternativ futbolçular "Totenhem”li Hari Keyn, "Çelsi”li Eden Azar vəya "Leypsiq”li Timo Vernerdir.

Xatırladaq ki, üç gün əvvəl CIES Football Observatory mərkəzi Neymarın dünyanın ən bahalı oyunçusu olduğunu açıqlayıb. 25 yaşlı futbolçu 213 milyon avro ilə qiymətləndirilir.

Yayda bu futbolçu "Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunub. Üstəlik, futbolçunun müqaviləsində məşqlərdə komanda yoldaşlarının ona qarşı kobud oynamaması, o cümlədən komandasının müdafiə xarakterli hazırlıq prosesindən azad olması ilə bağlı xüsusi bəndlər var.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol