• $
  • £

Bu gün Çempionlar Liqasının qalibi məlum olacaq

Bu gün Çempionlar Liqasının qalibi məlum olacaq
26.05.2018 10:40
Bu gün Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçiriləcək.
 
Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada "Real”la "Liverpul” üz-üzə gələcək.
 
Bir tərəfdə iki ildi kuboku heç kimə verməyən "kral klubu”, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan "qırmızılar”.
REKLAM

12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan "kral klubu” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədirsə, ÇL-in beşqat qalibi "Liverpul” möhtəşəm hücum "trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir.
 
Rəqibindən fərqli, "Real” Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. 

"Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen zədə ucbatından meydana çıxa bilməyəcək.
 
UEFA Çempionlar Liqası
 
Final
 
26 may
 
22:45. "Real” (İspaniya) – "Liverpul” (İngiltərə)
 
Baş hakim: Milorad Maziç (Serbiya)
 
Kiyev, Olimpiya stadionu

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol