• $
  • €
  • ₽
  • ₺
  • £

"Kobud səhv ucbatından xallardan məhrum olduq" - Foqts

"Kobud səhv ucbatından xallardan məhrum olduq" - Foqts
12.09.2014 12:00

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts affa.az saytına açıqlama verib:

"Avro-2016-nın seçmə mərhələsində keçirilmiş Azərbaycan - Bolqarıstan oyununun təhlilini, azarkeşlərin və şəxsi məyusluğumu nəzərə alaraq, milli komandanın baş məşqçisi kimi yalnız oyun barədə fikirlərimi deyil, həm də hisslərimi bölüşməyimi özümə borc bilirəm.Oyuna yaxşı başladıq. Məqsədimiz erkən qol vurmaq idi. Təxminən ilk 10-12 dəqiqə ərzində 2 qol epizodu yaratsaq da, futbolçularımızın fərdi ustalığının çatmaması ucbatından hesabı aça bilmədik. Rəqibin qapımız qarşısında yaratdığı, demək olar ki, ilk real qol epizodu isə qolla nəticələndi. Sevindirici məqam o oldu ki, hesabda geri düşməyimizə baxmayaraq, cavab qolu vura bildik. Amma bunu mütləq qeyd etməliyəm ki, rəsmi oyunlarda milli komandanın hər bir futbolçusu ikiqat məsuliyyət hiss etməlidir. Dəfələrlə bildirmişəm ki, beynəlxalq səviyyəli futbolla ayaqlaşa bilmək üçün klublarda da fiziki hazırlığın yüksəldiləməsi istiqamətində daha artıq iş görülməlidir. Milli komandada bir-birini çox yaxşı tanıyan futbolçular çıxış edir. Hətta komandaya yeni qoşulanlar da uyğunlaşma problemi yaşamır. Bilirəm ki, hazırda güclü təzyiqə məruz qalmışıq. Azarkeşlər də, AFFA rəhbərliyi də bizdən qələbə gözləyirdi. Çünki bu, birinci oyun olduğu üçün seçmə mərhələyə pozitiv əhval-ruhiyyədə başlamaq baxımından vacib amil idi. Təbii ki, mən də, futbolçular da qələbəyə hazırlaşmışdıq. Təəssüf ki, oyunun sonuna 3 dəqiqə qalmış buraxılan kobud səhv ucbatından həm 1, həm də 3 xaldan məhrum olduq.

İlin sonuna qədər bizi qrupun favorit komandalarına qarşı 3 oyun gözləyir. Arzu edirəm ki, həmin oyunlaradək klublarında məşq edən futbolçular, eyni zamanda, millini də unutmasınlar.

Mətbuat konfransında baş verən hadisəyə də aydınlıq gətirmək istərdim. Məğlubiyyətə görə hər birimiz emosional və həyəcanlı idik. Mətbuat nümayəndələrindən bunu unutmağı xahiş edirəm. Jiurnalist dostlarımdan bir ricam da var ki oyunun təhlili zamanı təkcə bir futbolçunun deyil, ümumilikdə bütün komandanın, hər bir futbolçunun çıxışını diqqət mərkəzində saxlayaq".ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol