• $
  • €
  • ₽
  • ₺
  • £

Avropanın ən yaxşı futbolçusu adına 3 iddiaçı

Avropanın ən yaxşı futbolçusu adına 3 iddiaçı
15.08.2014 12:38
UEFA Avropada 2013/14 mövsümünün ən yaxşı futbolçusu adına 3 namizədin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 4-cü dəfə təqdim olunacaq mükafatın 10 iddiaçısından yalnız üçü mübarizəni davam etdirəcək. Qitənin ən yaxşısı Aryen Robben (Hollandiya, “Bavariya”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”) və Manuel Noyer arasında (Almaniya, “Bavariya”) seçiləcək. Onların hər üçü avqustun 28-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında iştirak edəcək və qalib də orada elan ediləcək. Bu isə o deməkdir ki, Avropa ən yaxşı futbolçu kimi yeni oyunçunu tanıyacaq. Çünki bu 3 namizəddən heç biri indiyədək UEFA-nın mükafatını qazanmayıb. Belə ki, ilk dəfə 2010/11 mövsümündə təqdim olunan mükafatı əvvəl Lionel Messi, sonra isə Andres İnyesta (2011/12) və Frank Riberi (2012/13) səsvermənin qalibi olmuşdu. Avropanın ən yaxşısı adına namizəd olan digər 7 futbolçunun topladığı xallara əsasən ilk “onluq”dakı mövqeyi dəqiqləşib:4. Tomas Müller (Almaniya, “Bavariya”) – 395. Filip Lam (Almaniya, “Bavariya”) - 245. Lionel Messi (Argentina, “Barselona”) - 247. Hames Rodriges (Kolumbiya, “Monako”) - 168. Luis Suares (Uruqvay, “Liverpul”/“Barselona”) - 139. Anxel di Mariya (Argentina, “Real”) - 1210. Dieqo Kosta (İspaniya, “Atletiko”/“Çelsi”) - 10ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol